USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika” cəmi kapitalını artırıb

27.04.2023 Sərfəli Banklar
18 6
“Bank Respublika” əldə etdiyi xalis mənfəətin 38.3 faizi bölüşdürülməmiş mənfəətə əlavə edildiyi üçün bankın cəmi kapitalında artım müşahidə olunub.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank Respublika”nın bölüşdürülməmiş mənfəəti 3 milyon 722 min manat artaraq 28 milyon 12 min manat olub. Ümumi ehtiyatlarını isə ötən ilin sonu ilə müqayisədə 228 min manat artıraraq 20 milyon 927 min manata çatdırdığı üçün bankın cəmi kapitalı 122 milyon 400 min manata bərabər olub. Bu da 2022-ci ilin son rübü ilə müqayisədə 3 milyon 949 min manat çoxdur.