USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika” 2023-ə xalis mənfəətlə başladı - HESABAT

27.04.2023 Sərfəli Banklar
8 0
“Bank Respublika” 2023-cü ilə mənfəətlə başlayıb. Bankın hesabatına görə, əldə olunan 9 milyon 717 min manatlıq mənfəətin 3 milyon 722 min manatı bölüşdürülməmiş mənfəətə əlavə olunub.

Kommersant.az xəbər verir ki, bankın cəmi aktivləri 60 milyon 956 min manat və ya 3.8 faiz artaraq 1 milyard 645 milyon 813 min manata yüksəlib. Bu yüksəlmədə kredit portfelinin payı 32.7 faiz olub. Belə ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 19 milyon 937 min manat və ya 2 faiz artaraq 982 milyon 497 min manata çatıb. Bu bölgüdə istehlak kreditləri 3 milyon 171 min manat artaraq 230 milyon 771 min manata, biznes kreditləri 14 milyon 889 min manat artaraq 673 milyon 14 min manata, ipoteka kreditləri isə 1 milyon 868 min manat artaraq 78 milyon 472 min manata bərabərləşib.

“Bank Respublika” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 236 min manat artıraraq 6 milyon 372 min manat etdiyi üçün bankın xalis kreditləri 976 milyon 125 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 19 milyon 701 min manat çoxdur.

DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏR CƏMİNİ ARTIRIB

Bankın cəmi öhdəlikləri 1 milyard 523 milyon 412 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 57 milyon 7 min manat və ya 3.8 faiz çoxdur. Bu artımda depozit portfelinin payı 22.2 faiz olub.

“Bank Respublika”nın fiziki şəxslərdən topladığı depozitlər 15 milyon 270 min manat və ya 2.7 faiz artaraq 574 milyon 233 min manata çatıb. Hüquqi şəxslərin əmanətləri isə 2 milyon 636 min manat azalaraq 404 milyon 294 min manata enib. Nəticədə bankın əldə etdiyi depozit portfeli 978 milyon 527 min manata bərabər olub. Bu isə ötən ilin sonu ilə müqayisədə 12 milyon 634 min manat çoxdur.

CƏMİ KAPİTALI ARTIB

“Bank Respublika”nın bölüşdürülməmiş mənfəəti 3 milyon 722 min manat artaraq 28 milyon 12 min manat olub. Ümumi ehtiyatlarını isə ötən ilin sonu ilə müqayisədə 228 min manat artıraraq 20 milyon 927 min manata çatdırdığı üçün bankın cəmi kapitalı 122 milyon 400 min manata bərabər olub. Bu da 2022-ci ilin son rübü ilə müqayisədə 3 milyon 949 min manat çoxdur.

Bank Respublika

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.645.813

1.584.857

60.956

Kredit

982.497

962.560

19.937

İstehlak kreditləri

230.771

227.600

3.171

Biznes kreditləri

673.014

658.115

14.889

Daşınmaz əmlak kreditləri

78.472

76.604

1.868

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

6.372

6.136

236

Xalis Kreditlər

976.125

956.424

19.701

Cəmi Öhdəliklər

1.523.412

1.466.405

57.007

Depozit

978.527

965.893

12.634

Fiziki şəxslərin depozitləri

574.233

558.963

15.270

Hüquqi şəxslərin depozitləri

404.294

406.930

-2.636

Cəmi Kapital

122.400

118.451

3.949

Səhmdar kapitalı

73.461

73.461

0

Bölüşdürülməmiş mənfəət

28.012

24.290

3.722

Ümumi ehtiyatlar

20.927

20.699

228

Faiz Gəliri

43.031

138.588

-95.557

Faiz Xərci

16.808

53.797

-36.989

Xalis Faiz Gəliri/Zərəri

26.222

84.791

-58.569

Qeyri-Faiz Gəliri

9.201

39.234

-30.033

Qeyri-Faiz Xərci

24.224

90.745

-66.521

Əməliyyat Mənfəəti (Zərəri)

10.747

32.929

-22.182

Xalis Mənfəət (Zərər)

9.717

26.652

-16.935

Məcmu Kapital

135.151

127.467

7.684

ROA

0.59%

1.7%

-1.11%

ROE

7.9%

22.5%

-14.6%