USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank 0% komissiya kampaniyasının müddətini uzatdı

01.05.2023 Sərfəli Banklar
19 9
Dövlət bankı Azər Türk Bank, müştərilərin istəyini nəzərə alaraq, illik faiz dərəcəsi 12,5%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanı davam etdirir.

Qeyd edək ki, kampaniya zamanı, müddətindən asılı olmayaraq, götürülən istehlak kreditləri üzrə komissiya - 0%.

24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir.

Bank fiziki şəxslərə, onların orta aylıq xalis gəlirlərindən asılı olaraq, 30 000 AZN məbləğinədək kredit təklif edir. 15 000 manatadək kreditlər təminatsız verilir.

Azər Türk Bankın saytında krediti onlayn sifariş vermək olar.

Kampaniya 31 may daxil olmaqla həmin tarixədək qüvvədədir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.