USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

EBRD “Bank Respublika”nı “Azərbaycanda ən fəal emitent-bank” elan edib!

18.05.2023 Sərfəli Banklar
14 3
Bank Respublika - Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) tərəfindən Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində 2022-ci il üzrə ticarətin maliyyələşdirilməsi sahəsində “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb.

Mükafat EBRD-nin 16 may 2023-cü il tarixində Səmərkənd şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub.

Bu mükafat EBRD və Bank Respublika arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan səmərəliliyinə dəlalət edir. Bu bir daha təsdiq edir ki, Bank Respublika ölkəmizdə sahibkarlığa dəstək missiyasını uğurla həyata keçirir, bunun da mühüm hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir.

Qeyd edək ki, tədbirdə 73 dövlətdən 2 mindən çox qonaq, o cümlədən xarici dövlətlərin nümayəndələri, transmilli korporasiyaların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və bankların rəhbərləri iştirak edir.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.