USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankı ikinci rübü rekord artımlarla başa vurub

21.07.2023 Sərfəli Banklar
56 25
“Azər Türk Bank” (qısaca - ATB) cari ilin ikinci rübünü 7 milyon 152 min manatlıq xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni rübü ilə müqayisədə 6 milyon 340 min manat və ya 7.8 dəfə çoxdur.

Kommersant.az xəbər verir ki, bankın cəmi aktivləri 2022-ci ilin eyni rübü ilə müqayisədə 250 milyon 890 min manat və ya 41.9 faiz artaraq 849 milyon 859 min manata çatıb. Bu artımın əsas səbəbi banın kredit portfelinin 120 milyon 94 min manat artaraq 406 milyon 834 min manata çatmasıdır. Kredit portfelinin artmasına səbəb isə istehlak kreditlərinin 96 milyon 809 min manat artaraq 207 milyon 927 min manata, biznes kreditlərinin 4 milyon 550 min manat artaraq 48 milyon 810 min manata, daşınmaz əmlaka ayrılan kreditin isə 29 milyon 835 min manat artaraq 156 milyon 647 min manata çatmasıdır. Bununla da ATB-nin xalis kreditləri 119 milyon 636 min manat və ya 42.7 faiz artaraq 399 milyon 623 min manata bərabər olub. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 458 min manat artıraraq 7 milyon 211 min manata çatdırıb.

Bankın öhdəliklər cəmində də 232 milyon 275 min manat və ya 43 faiz artım olub. Belə ki, bank bu ilin ikinci rübündə 772 milyon 627 min manatlıq cəmi öhdəliklərə sahib olub.

Dövlət bankının fiziki şəxslərdən topladığı əmanətlər 161 milyon 534 min manat artaraq 206 milyon 148 min manata yüksəlib. Hüquqi şəxslərin əmanətləri isə 63 milyon 935 min manat artaraq 177 milyon 994 min manata bərabər olub.

Səhmdar kapitalında dəyişiklik etməyən ATB-nin cəmi kapitalı ötən ilin eyni rübü ilə müqayisədə bu ilin ilk yarısında 18 milyon 614 min manat və ya 31.75 faiz artaraq 77 milyon 231 min manata çatıb. Bu artımda bölüşdürülməmiş mənfəətin payı 92.11 faiz təşkil edib. Belə ki, dövlət bankının bölüşdürülməmiş mənfəəti 17 milyon 146 min manat artaraq 22 milyon 558 min manata yüksəlib. Bankın ümumi ehtiyyatları isə 1 milyon 468 min manat artaraq 4 milyon 673 min manat olub.

Dövlət bankının faiz gəliri 14 milyon 910 min manat artaraq 29 milyon 162 min manata, faiz xərcləri isə 5 milyon 184 min manat artaraq 9 milyon 725 min manata çatıb. Buna görə də ATB-nin xalis faiz gəliri 19 milyon 436 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 725 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 5 milyon 457 min manat artaraq 14 milyon 424 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 640 min manat arataraq 23 milyon 330 min manata bərabər olub. Nəticədə dövlət bankının əməliyyat mənfəəti 9 milyon 542 min manat artaraq 10 milyon 530 min manata çatıb.

ATB-nin məcmu kapitalı ötən ilin müvafiq rübü ilə müqayisədə 18 milyon 269 min manat və ya 34.35 faiz artaraq 71 milyon 440 min manata yüksəlib.

Bankın aktivlərinin gəlirliyi (ROA) 0.67 faiz artaraq 0.8 faizə, kapitalının gəlirliyi (ROE) isə 7.92 faiz artaraq 9.3 faizə bərabər olub.

Azər Türk Bank

2023 (II Rüb)

2022 (II Rüb)

Fərq

Cəmi Aktivlər

849.859

598.969

250.890

Kredit

406.834

286.740

120.094

İstehlak kreditləri

207.927

111.118

96.809

Biznes kreditləri

48.810

44.260

4.550

Daşınmaz əmlak kreditləri

156.647

126.812

29.835

Xalis Kreditlər

399.623

279.987

119.636

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

7.211

6.753

458

Cəmi Öhdəliklər

772.627

540.352

232.275

Depozit

384.143

222.609

161.534

Fiziki şəxslərin depozitləri

206.148

108.550

97.598

Hüquqi şəxslərin depozitləri

177.994

114.059

63.935

Cəmi Kapital

77.231

58.617

18.614

Səhmdar kapitalı

50.000

50.000

0

Bölüşdürülməmiş mənfəət

22.558

5.412

17.146

Ümumi ehtiyatlar

4.673

3.205

1.468

Faiz Gəliri

29.162

14.252

14.910

Faiz Xərci

9.725

4.541

5.184

Xalis Faiz Gəliri/Zərəri

19.436

9.711

9.725

Qeyri-Faiz Gəliri

14.424

8.967

5.457

Qeyri-Faiz Xərci

23.330

17.690

5.640

Əməliyyat Mənfəəti (Zərəri)

10.530

988

9.542

Xalis Mənfəət (Zərər)

7.152

812

6.340

Məcmu Kapital

71.440

53.171

18.269

ROA

0.8%

0.13%

0.67%

ROE

9.3%

1.38%

7.92%

  • Əvvəlki

    Kılıçdaroğlu: Seçki kampaniyası uğurlu keçdi

Digər xəbərlər