USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankının cəmi kapitalı artıb

21.07.2023 Sərfəli Banklar
38 23
“Azər Türk Bank” (qısaca - ATB) cəmi kapitalını da artırıb.

Kommersant.az xəbər verir ki, səhmdar kapitalında dəyişiklik etməyən ATB-nin cəmi kapitalı ötən ilin eyni rübü ilə müqayisədə bu ilin ilk yarısında 18 milyon 614 min manat və ya 31.75 faiz artaraq 77 milyon 231 min manata çatıb. Bu artımda bölüşdürülməmiş mənfəətin payı 92.11 faiz təşkil edib. Belə ki, dövlət bankının bölüşdürülməmiş mənfəəti 17 milyon 146 min manat artaraq 22 milyon 558 min manata yüksəlib. Bankın ümumi ehtiyyatları isə 1 milyon 468 min manat artaraq 4 milyon 673 min manat olub.