USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika”da depozitlərin həcmi artıb

04.08.2023 Sərfəli Banklar
42 27
“Bank Respublika”nın öhdəliklər cəmi 107 milyon 932 min manat artaraq 1 milyard 574 milyon 337 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu artımda depozit portfelinin payı 96 faiz olub. Bankın depozit portfeli 103 milyon 709 min manat və ya 10.7 faiz artaraq 1 milyard 69 milyon 602 min manata bərabər olub.

Bankın fiziki şəxslərdən topladığı əmanətlər 70 milyon 80 min manat və ya 12.53 faiz artaraq 629 milyon 43 min manat təşkil edib. Hüquqi şəxslərin bankdakı əmanətləri isə 33 milyon 629 min manat və ya 8.26 faiz artaraq 440 milyon 559 min manata çatıb.