“Bank Respublika” 2023-cü ilk yarısında məcmu kapitalını 13 milyon 972 min manat və ya 10.9 faiz artıraraq 141 milyon 439 min manata yüksəldib.
Kommersant.az xəbər verir ki, bankın kredit portfelinin artması “Bank Respublika”nın cəmi aktivlərinin artmasına ciddi təkan verib. Belə ki, bankın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 120 milyon 668 min manat və ya 7.6 faiz artaraq 1 milyard 705 milyon 525 min manata yüksəlib. Aktivlər cəminin artmasında kredit portfelinin payı 76.3 faiz təşkil edib.
Bankın verdiyi istehlak kreditləri 21 milyon 70 min manat artaraq 248 milyon 670 min manata, biznes kreditləri 53 milyon 630 min manat artaraq 711 milyon 745 min manata, daşınmaz əmlak kreditləri isə 17 milyon 373 min manat artaraq 93 milyon 977 min manata yüksəlib. Yekunda “Bank Respublika”nın müştərilərinə verdiyi kreditlər 92 milyon 72 min manat və ya 9.56 faiz artaraq 1 milyard 54 milyon 632 min manat olub. Mümkün zərərlər üçün məqsədli ehtiyatını 375 min manat artıraraq 6 milyon 511 min manat edən “Bank Respublika”nın xalis kreditləri 1 milyard 48 milyon 121 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 91 milyon 697 min manat və ya 9.58 faiz çoxdur.
“Bank Respublika”nın öhdəliklər cəmi 107 milyon 932 min manat artaraq 1 milyard 574 milyon 337 min manata yüksəlib. Bu artımda depozit portfelinin payı 96 faiz olub. Bankın depozit portfeli 103 milyon 709 min manat və ya 10.7 faiz artaraq 1 milyard 69 milyon 602 min manata bərabər olub.
Bankın fiziki şəxslərdən topladığı əmanətlər 70 milyon 80 min manat və ya 12.53 faiz artaraq 629 milyon 43 min manat təşkil edib. Hüquqi şəxslərin bankdakı əmanətləri isə 33 milyon 629 min manat və ya 8.26 faiz artaraq 440 milyon 559 min manata çatıb.
Səhmdar kapitalını dəyişdirməyən “Bank Respublika”nın bölüşdürülməmiş mənfəəti 11 milyon 592 min manat artaraq 35 milyon 882 min manata yüksəlib. Bank ümumi ehtiyatlarını isə 1 milyon 145 min manat artıraraq 21 milyon 844 min manata çatdırıb. Nəticədə bankın əldə etdiyi cəmi kapital 12 milyon 736 min manat və ya 131 milyon 187 min manata bərabərləşib.
Bank Respublika
2023 (I Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
1.705,525
1.584.857
120,668
Kredit
1.054,632
962.560
92,072
İstehlak kreditləri
248,670
227.600
21,070
Biznes kreditləri
711,745
658.115
53,630
Daşınmaz əmlak kreditləri
93,977
76.604
17,373
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
6,511
6.136
375
Xalis Kreditlər
1.048,121
956.424
91,697
Cəmi Öhdəliklər
1.574,337
1.466.405
107,932
Depozit
1.069,602
965.893
103,709
Fiziki şəxslərin depozitləri
629,043
558.963
70,080
Hüquqi şəxslərin depozitləri
440,559
406.930
33,629
Cəmi Kapital
131,187
118.451
12,736
Səhmdar kapitalı
73,461
73.461
0
Bölüşdürülməmiş mənfəət
35,882
24.290
11,592
Ümumi ehtiyatlar
21.844
20.699
1,145
Məcmu Kapital
141,439
127,467
13,972
“Bank Respublika”nın faiz gəliri 25 milyon 993 min manat artaraq 88 milyon 399 min manata, faiz xərcləri isə 11 milyon 391 min manat artaraq 35 milyon 10 min manata yüksəlib. Buna görə də bank 53 milyon 389 min manatlıq xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin 2-ci rübü ilə müqayisədə 14 milyon 602 min manat və ya 37.64 faiz çoxdur.
Bankın qeyri-faiz gəliri 897 min manat artaraq 18 milyon 350 min manata, qeyri-faiz xərcləri isə 8 milyon 116 min manat artaraq 49 milyon 832 min manata çatıb. Bununla da “Bank Respublika”nın əldə etdiyi əməliyyat mənfəəti ötən ilin ilk yarısı ilə müqayisədə 7 milyon 383 min manat və ya 50.83 faiz artaraq 21 milyon 907 min manata bərabərləşib. Əldə olunan əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 153 min manat ayrıldığı üçün bank 21 milyon 753 min manat mənfəət əldə edib. Bu mənfəətdən 4 milyon 165 min manatı vergiyə ayrıldığına görə bankın xalis mənfəəti 17 milyon 587 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqyisədə 5 milyon 77 min manat və ya 40.58 faiz çoxdur.
Bankın əldə etdiyi mənfəətə görə aktivlərinin gəlirliyi 0.25 faiz artaraq 1.03 faizə, kapitalının gəlirliyi isə 2.9 faiz artaraq 13.4 faizə çatıb.