USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın cəmi aktivləri 1.7 faizdən çox artıb

07.08.2023 Sərfəli Banklar
32 9
“AccessBank”ın aktivlər cəmi 2023-ci ilin 6 ayına 148 milyon 450 min manat və ya 12.7 faiz artaraq 1 milyard 317 milyon 305 min manata yüksəlib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu artımda kredit portfelinin payı 84.7 faiz olub. Bankın meştərilərinə verdiyi kreditlər 125 milyon 718 min manat və ya 15.4 faiz artaraq 939 milyon 267 min manata çatıb.

İstehalk kreditlərinin həcmi 49 milyon 11 min manat artaraq 223 milyon 226 min manata, biznes kreditləri isə 76 milyon 776 min manat artaraq 710 milyon 793 min manata bərabərləşib. “AccessBank”ın daşınmaz əmlaka verdiyi kreditlər keçən ilin sonu ilə müqayisədə 69 min manat azalaraq 5 milyon 248 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 725 min manat artıraraq 37 milyon 705 min manat etdiyi üçün “AccessBank”ın xalis kreditləri 901 milyon 562 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 121 milyon 993 min manat və ya 15.6 faiz çoxdur.