USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankda hesab açan sahibkar əhəmiyyətli üstünlüklər əldə edir

07.09.2023 Sərfəli Banklar
23 0
Azər Türk Bankın müştərisi olmaq istəyən hüquqi şəxs və fərdi sahibkarın hesab açmaq üçün Banka onlayn müraciət göndərməsi kifayətdir. Müraciət edilikdən sonra Bank tərəfindən müştəri ilə telefon əlaqəsi yaradılır və lazım olduğu təqdirdə Bankın əməkdaşı ünvana gəlir, əlaqədar işlər yerinə yetirilir.

Müraciət edən şəxslər heç bir ödəniş etmədən, fərqli valyutalarda müxtəlif növ hesablar açmaq imkanına malikdirlər.

Şirkətin biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan Biznes kartları Bank tərəfindən sahibkara hədiyyə edilir.

Həmçinin özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan “Sahibkar” kartını Azər Türk Bank öz müştərilərinə ödənişsiz təklif edir.

Hesabların komissiyasız idarə edilməsi, eləcə də idarəetmə üçün fərdi menecerlərin təyin edilməsi də Bank tərəfindən müştərilərinə göstərilən diqqətdir.

Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət edən şəxslərə İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təklif edir.

Bütün bunlarla bərabər Azər Türk Bankın müştərisi olan sahibkarlar “ATB Business” korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, xüsusi, güzəştli tariflərdən yararlana bilirlər. Eləcə də “ATB Business” xidmətində istifadəyə verilmiş yeni funksionalın köməyi ilə əməkhaqqı kartlarının sifarişi üçün müqavilə formalaşdırılması, müştəri və bank tərəfindən elektron şəkildə imzalanması mümkündür. Qeyd edək ki, Azər Türk Banka aid əməkhaqqı kartları ilə ölkə ərazisindəki bütün bankomatlardan vəsaitin komissiyasız nağdlaşdırılması mümkündür.

Neçə vaxtdır ki, Bank yeni ATB POS tətbiqini də müştərilərinin ixtiyarına vermişdir.

Bu tətbiq ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə Android mobil cihazları vasitəsilə istənilən yerdə və zamanda təmassız ödənişlərin qəbuluna imkan yaradır.

ATB POS tətbiqini Google Play vasitəsilə heç bir ödəniş etmədən yükləmək olar.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.