USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

UNEC-də “Yelo Career Challenge” proqramı start götürüb

18.10.2023 Sərfəli Banklar
0 0
Yelo Bankın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclərə dəstək məqsədli layihələrin təşkilidir. Bu dəfə isə UNEC-də Bankın təşəbbüskarlığı ilə “Yelo Career Challenge” proqramına start verilib.

Proqram Yelo rəhbərlərinin iştirakı ilə 8 günlük müxtəlif mövzulu təlimləri əhatə edir. Proqramın açılış mərasimində seçilmiş tələbələrlə tanışlıq görüşü keçirildi və proqramın məqsədləri haqqında ətraflı məlumat verildi. Növbəti günlərdə isə iştirakçılara karyera və müsahibə bacarıqlarını inkişaf etdirəcək, gələcək iş təcrübələrində faydalana biləcəkləri mövzularda təlimlər keçiriləcək. Proqramın sonunda onlayn və oflayn müsabihə qiymətləndirmələrinə əsasən ən aktiv gənclər Yelo Bank-da 1 aylıq ödənişli təcrübə imkanı qazacanaqlar!

Bu kimi layihələrə dəstək göstərməklə, Yelo Bank yüksək potensiala malik kadrların birbaşa universitetlərdən iş həyatına cəlb olunmasına çalışır. Hər zaman gənclərə dəstəyi ilə seçilən Yelo Bank gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.

Yelo Bank təcrübə proqramı ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!