“Azər Türk Bank” (ATB) 2023-cü ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə dövlət bankının xalis mənfəəti 3 milyon 21 min manat artıb.
Kommersant.az xəbər verir ki, “Azər Türk Bank”ın (qısaca-ATB) aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 30 milyon 808 min manat və ya 3.19 faiz artaraq 2023-cü ilin sonuna 995 milyon 536 min manata bərabərləşib. Bu artımda əsas pay kredit portfelinin üstünə düşüb. Belə ki, bankın istehlak kreditləri 85 milyon 829 min manat artaraq 229 milyon 304 min manata, biznes kreditləri 12 milyon 69 min manat artaraq 47 milyon 305 min manata, ipoteka kreditləri isə 27 milyon 778 min manat artaraq 170 milyon 790 min manata yüksəlib. Buna görə də bankın kredit portfeli 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 125 milyon 676 min manat və ya 39.06 faiz artaraq 447 milyon 399 min manata yüksəkib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 4 milyon 539 min manat artıraraq 10 milyon 339 min manata çatdırdığı üçün xalis kreditləri 437 milyon 60 min manata bərabər olub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 121 milyon 137 min manat və ya 38.34 faiz çoxdur.
Depozit portfelini 99 milyon 578 min manat və ya 25.86 faiz artıran ATB müştərilərinin inamını qazanmağa davam edir. Belə ki, fiziki şəxslərin bankdakı depozitləri 2022-ci ilin son rübü ilə müqayisədə 13 milyon 237 min manat və ya 6.58 faiz artaraq 214 milyon 432 min manata, hüquqi şəxslərin əmanətləri isə 86 milyon 341 min manat və ya 46.97 faiz artaraq 270 milyon 154 min manata bərabərləşib. Nəticədə bankın əldə etdiyi öhdəliklər cəmi 911 milyon 32 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müüqayisədə 15 milyon 49 min manat çoxdur.
Səhmdar kapitalını dəyişməyən dövlət bankının bölüşdürülməmiş mənfəəti 14 milyon 61 min manat artaraq 29 milyon 467 min manata yüksəlib. Eyni zamanda bankın ümümi ehtiyatları da 1 milyon 269 min manat artaraq 5 milyon 37 min manata bərabərləşib. Buna görə də bankın cəmi kapitalı 15 milyon 330 min manat və ya 22.16 faiz aratarq 84 milyon 504 min manata çatıb.
Azər Türk Bank
2023 (IV Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
995.536
965.157
30.808
Kredit
447.399
321.723
125.676
İstehlak kreditləri
229.304
143.475
85.829
Biznes kreditləri
47.305
35.236
12.069
Daşınmaz əmlak kreditləri
170.790
143.012
27.778
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
10.339
5.800
4.539
Xails Kreditlər
437.060
315.923
121.137
Cəmi Öhdəliklər
911.032
895.983
15.049
Depozit
484.586
385.008
99.578
Fiziki şəxslərin depozitləri
214.432
201.195
13.237
Hüquqi şəxslərin depozitləri
270.154
183.813
86.341
Cəmi Kapital
84.504
69.174
15.330
Səhmdar kapitalı
50.000
50.000
0
Bölüşdürülməmiş mənfəət
29.467
15.406
14.061
Ümumi ehtiyatlar
5.037
3.768
1.269
“Azər Türk Bank”ın faiz gəliri 27 milyon 264 min manat artaraq 62 milyon 517 min manata, faiz xərcləri isə 8 milyon 878 min manat artaraq 19 milyon 945 manata yüksəlib. Buna görə də ATB-nin xalis faiz gəliri 2022-ci ilin son rübü ilə müqayisədə 18 milyon 385 min manat və ya 76 faiz artaraq 42 milyon 572 min manata yüksəlib.
Bankın qeyri-faiz gəliri 3 milyon 905 min manat azalaraq 30 milyon 46 min manata enib. Qeyr-faiz xərcləri isə 9 milyon 809 min manat artaraq 49 milyon 330 min manata yüksəlib. Nəticədə bank 23 milyon 288 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 671 min manat çoxdur.
ATB-nin xalis mənfəəti 3 milyon 21 min manat artaraq 14 milyon 41 min manat olub.
Qeyd edək ki, dövlət bankının məcmu kapitalı 15 milyon 273 min manat artaraq 78 milyon 437 min manata bərabərləşib.