USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın bu mənfəəti - ARTIB

19.01.2024 Sərfəli Banklar
0 0
“AccessBank”ın faiz gəliri 2022-ci ilin sonu ilə müqayisədə 54 milyon 784 min manat artaraq 195 milyon 339 min manata, faiz xərcləri isə 16 milyon 336 min manat artaraq 73 milyon 317 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 38 milyon 448 min manat artaraq 122 milyon 22 min manata çatıb.

Kommersant.az xəbər verir ki, bankın qeyri-faiz gəliri 4 milyon 800 min manat artaraq 17 milyon 878 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 899 min manat artaraq 83 milyon 207 min manata bərabərləşib. Nəticədə “AccessBank” 56 milyon 693 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 32 milyon 359 min manat çoxdur.

“AccessBank”ın xalis mənfəəti 24 milyon 801 min manat artaraq 39 milyon 838 min manat olub. Bu artımın 2 milyon 30 min manatı ümumi ehtiyatlara ayrıldıqdan sonra geri qalan vəsait yığılmış zərərdən silinib.

  • Əvvəlki

    Azər Türk Bankın prosessinq mərkəsi beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir

Digər xəbərlər