USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” 2023-cü ili belə başa vururb - HESABAT

19.01.2024 Sərfəli Banklar
0 0
“AccessBank” 2023-cü ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 1.6 dəfə artıb.

Kommersant.az xəbər verir ki, “AccessBank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 223 milyon 432 min manat və ya 19.11 faiz artaraq 1 milyard 392 milyon 287 min manata yüksəlib. Bu artımın 89.6 faizi isı bankın müştərilərinə verdiyi kreditlərin payına düşüb. Belə ki, söözügedən bankın istehlak kreditləri 1 il ərzində 53 milyon 322 min manat aratarq 227 milyon 537 min manata, biznes kreditləri 146 milyon 28 min manat artaraq 780 milyon 45 min manata, ipoteka kreditləri isə 866 min manat artaraq 6 milyon 183 min manata yüksəlib. Buna görə də bankın müştərilərinə verdiyi kreditlər 1 milyrd 13 milyon 765 min manata təşkil edib ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 200 milyon 216 min manat və ya 24.61 faiz çoxdur.

“AccessBank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 11 milyon 304 min manat artıraraq 45 milyon 284 min manata yüksəldib. Nəticədə bankın xalis kreditləri 968 milyon 481 min manat olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19.04 faiz çoxdur.

Müştərilərin “AccessBank”a yerləşdirdiyi əmanətlərin həcminin artması bankın depozit portfelini həmçinin öhdəliklər cəmini də artırıb. Fiziki şəxslərin banka əmanət etdiyi vəsaitlərin həcmi 1 il ərzində 17.12 faiz və ya 123 milyon 96 min manat artaraq 842 milyon 466 min manata yüksəlib. Hüquqi şəxslərin əmanətləri də 68 milyon 68 min manat və ya 48.26 faiz artaraq 209 milyon 109 min manata yüksəlib. Nəticədə bankın topladığı depozitlər 191 miyon 521 min manat və ya 22.26 faiz artaraq 1 milyard 51 milyon 575 min manata çatıb. Buna görə də “AccessBank”ın öhdəliklər cəmi 1 milyard 255 milyon 172 min manat olub ki, bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 199 milyon 79 min manat və ya 18.85 faiz çoxdur.

Səhmdar kapitalının dəyişdirməyən “AccessBank”ın cəmi kapitalı 24 milyon 353 min manat artaraq 137 milyon 115 min manata bərabər olub. Bu artımın səbəbi bankın yığılmış zərərinin 22 milyon 323 min manat azalmasıdır.

Bank ümümi ehtiyatlarını isə 2 milyon 30 min manat artıraraq 9 milyon 907 min manata çatdırıb. Bunlar da “AccessBank”ın kapital cəmini 21.59 faiz artırıb.

AccessBank

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.392.287

1.168.855

223.432

Kredit

1.013.765

813.549

200.216

İstehlak kreditləri

227.537

174.215

53.322

Biznes kreditləri

780.045

634.017

146.028

Daşınmaz əmlak kreditləri

6.183

5.317

866

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

45.284

33.980

11.304

Xalis Kreditlər

968.481

813.549

154.932

Cəmi Öhdəliklər

1.255.172

1.056.093

199.079

Depozit

1.051.575

860.054

191.521

Fiziki şəxslərin depozitləri

842.466

719.013

123.096

Hüquqi şəxslərin depozitləri

209.109

141.041

68.068

Cəmi Kapital

137.115

112.762

24.353

Səhmdar kapitalı

270.107

270.107

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Yığılmış zərər

-142.899

-165.222

22.323

Ümumi ehtiyatlar

9.907

7.877

2.030

“AccessBank”ın faiz gəliri 2022-ci ilin sonu ilə müqayisədə 54 milyon 784 min manat artaraq 195 milyon 339 min manata, faiz xərcləri isə 16 milyon 336 min manat artaraq 73 milyon 317 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 38 milyon 448 min manat artaraq 122 milyon 22 min manata çatıb.

Bankın qeyri-faiz gəliri 4 milyon 800 min manat artaraq 17 milyon 878 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 899 min manat artaraq 83 milyon 207 min manata bərabərləşib. Nəticədə “AccessBank” 56 milyon 693 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 32 milyon 359 min manat çoxdur.

“AccessBank”ın xalis mənfəəti 24 milyon 801 min manat artaraq 39 milyon 838 min manat olub. Bu artımın 2 milyon 30 min manatı ümumi ehtiyatlara ayrıldıqdan sonra geri qalan vəsait yığılmış zərərdən silinib.

Qeyd edək ki, bankın məcmu kapitalı 42 milyon 335 min manat və ya 41.86 faiz artaraq 143 milyon 465 min manata bərabərləşib.

AccessBank

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Faiz Gəliri

195.339

140.555

54.784

Faiz Xərci

73.317

56.981

16.336

Xalis Faiz Gəliri/Zərəri

122.022

83.574

38.448

Qeyri-Faiz Gəliri

17.878

13.078

4.800

Qeyri-Faiz Xərci

83.207

72.318

10.899

Əməliyyat Mənfəəti (Zərəri)

56.693

24.334

32.359

Xalis Mənfəət (Zərər)

39.838

15.037

24.801

Məcmu Kapital

143.465

101.130

42.335