USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki məşhur bankdan yeni "Fed" proqnozu

18.03.2024 Sərfəli Banklar
0 0
ABŞ-ın ən böyük investisiya banklarından olan Goldman Sachs və JPMorgan FED-dən faiz endirimlərinin sayı ilə bağlı gözləntilərini azaldıb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah başlayacaq və çərşənbə günü sona çatacaq iclası ilə açıqlanacaq FED üzvlərinin faiz proqnozlarından əvvəl ABŞ-ın aparıcı investisiya banklarının faiz proqnozları açıqlanıb.

Goldman Sachs və JPMorgan bu il FED-dən gözlədikləri faiz endirimlərinin sayı ilə bağlı gözləntilərini azaldıb.

Goldman Sachs, FED-in bu il 4 dəfə faiz dərəcələrini 25 baz bənd azaldacağına dair gözləntisini 3 azalma və cəmi 75 baz bəndinə endirib.

Bu gözləntinin aşağı salınmasına səbəb kimi inflyasiya yolundakı cüzi yüksəlişi göstərən Goldman Sachs, 2025-ci ildə 4 faiz endirilməsi gözləntisini davam etdirərək, 2026-cı ildə 1 faiz endirilməsinin gözlənildiyini vurğulayıb.

JPMorgan, həmçinin 2024-cü il üçün ümumi faiz dərəcəsində azalma gözləntisini 125 baza bəndindən 75 baza bəndinə endirib.