USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib

27.03.2024 Sərfəli Banklar
0 0
Hər zaman Korporativ Sosial Məsuliyyət strategiyasına sadiqliyi ilə seçilən Yelo Bank bu dəfə Novruz bayramı ərəfəsində şəhid ailələrinin qonağı olub. Bankın dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçığı ilə Xocavənddə şəhid ailələri ziyarət edilərək, onlara Novruz sovqatları təqdim edilib.

Görüşdə iştirak edən Yelo Bank nümayəndələri şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə səmimi-qəlbdən təbrik edib və xoş arzularını bölüşüblər. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hər bir qəhrəman bizim övladımızdır və onların əmanəti olan ailələrini ziyarət etmək hər birimizin borcudur. Görüşün sonunda isə Yelo Bank-ın bu təşəbbüsünü isti qarşılayan Xocavənd sakinləri öz minnətdarlıqlarını bildirdilər.

Yelo Bank qəhrəmanlarımızın ailələrinə dəstək olmaqdan qürur duyur və sosial məsuliyyətli Bank olaraq gələcəkdə də bu cür təşəbbüskar addımları davam etdirəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!