Moody's “Bank Respublika”nın uzunmüddətli depozit reytinqini B2-dən B1-ə yüksəldib

10.07.2024
Sərfəli Banklar
0
0
Moody's Beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin B2-dən B1-ə yüksəldiyini açıqlayıb.
Reytinq artımı yüksək kapitallaşma, səhmdarların dəstəyi, gəlirliliyin artması, eləcə də Bankın kifayət qədər likvidliyi ilə bağlıdır.
Agentlik, həmçinin, Bankın reytinq üzrə proznozunu “Pozitiv”ə yüksəldərək, uzunmüddətli kredit reytinqini “B2” səviyyəsində təsdiqləyiblər.
Moody's analitikləri "Pozitiv" proqnozun nəzərdən keçirilən dövr ərzində Bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Digər xəbərlər
.jpg)
16.04.2025
Sərfəli Banklar
Bank Respublika ABA-nın 35 illik yubileyinə həsr olunmuş tədbirdə mükafatlar qazandı
0
0

15.04.2025
Sərfəli Banklar
Bank Respublika I rübdə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib
0
0

08.04.2025
Sərfəli Banklar
TuranBank-ın Müşahidə Şurasının sədri Rauf Kazımov ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib
0
0