USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankın daha bir innovativ filialı fəaliyyətə başladı

15.07.2024 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank özünün müasir standartlara uyğun xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank bu günlərdə Bakı şəhərində “Rəqəmsal 9” filialını müştərilərinin ixtiyarına təqdim etdi.

Paytaxtın Yasamal rayonu, A.M Şərifzadə küçəsi 130D ünvanında yerləşən filial Bankın innovativ xidmət şəbəkəsində daha bir modern ofisidir.

Azər Türk Bankın digər rəqəmsal filiallarında olduğu kimi, burada da bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Yeni filialda fiziki şəxslərə kreditlər və ödəniş kartlarının əldə edilməsi, depozit yerləşdirilməsi daxil olmaqla hər cür bank xidmətləri göstərilir. Eləcə də kiçik və orta biznes nümayəndələrinə əlverişli şərtlərlə kreditlər təklif edilir.

Müasir tipli bankomat və terminallar 24/7 müştərilərin xidmətində olacaq. Həmçinin müştərilər təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirə biləcəklər.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.