USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika"nın aktivləri artıb

23.07.2024 Sərfəli Banklar
0 0
"Bank Respublika"nın aktivləri ötən ilin sonu ilə müqayisədə 7.61 faiz artıb.

Kommersant.az xəbər verir ki, cari ilin ilk yarısında "Bank Respublika"nın müştərilərini verdiyi kreditlər ötən ilin sonu ilə müqayisədə 92 milyon 72 min manat artaraq 1 milyard 54 milyon 632 min manata çatıb. Faiz nisbəti ilə ən çox artım daşınmaz əmlak kreditlərində olub. Belə ki, bankın verdiyi ipoteka kreditləri 17 milyon 373 min manat və ya 22.67 faiz artaraq 93 milyon 977 min manata yüksəlib. Bundan başqa "Bank Respublika"nın verdiyi biznes kreditləri 53 milyon 630 min manat və ya 8.14 faiz artaraq 711 milyon 745 min manata, istehlak kreditləri isə 21 milyon 70 min manat və ya 9.25 faiz artaraq 248 milyon 670 min manat bərabərləşib. Nəticədə bankın cəmi aktivləri 120 milyon 668 min manat və ya 7.61 faiz artaraq 1 milyard 705 milyon 525 min manata çatıb.