USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Turan Bank"ın cəmi öhdəlikləri - ARTIB

25.07.2024 Sərfəli Banklar
0 0
"Turan Bank"ın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 6.42 faiz artıb.

Kommersant.az xəbər verir ki, bankın subordinasiya borc öhdəliklərinin artması onun öhdəliklər cəminə müsbət təsir göstərib. Belə ki, ötən ilin sonu ilə müqayisədə "Turan Bank"ın sözügedən borc öhdəlikləri ötən ilin sonu ilə müqayisədə cari ilin ilk yarısında 16 milyon 477 min manat və ya 1.39 dəfə artaraq 28 milyon 325 min manata yüksəlib. Bundan başqa bankın digər öhdəlikləri də 19 milyon 990 min manat və ya 1.86 dəfə artaraq 30 milyon 726 min manata bərabərləşib.