USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Turan Bank"ın müştərlilərə verdiyi kreditlər - ARTIB

31.07.2024 Sərfəli Banklar
0 0
"Turan Bank"ın müştərilərinə verdiyi kreditlər ötən ilin sonu ilə müqayisədə 15 milyon 610 min manat və ya 2.48 faiz artaraq 644 milyon 966 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bankın kredit portfelinin artmasına əsas səbəb "Turan Bank"ın istehlak kreditlərini ötən ilin sonu ilə müqayisədə cari ilin ilk yarısında 2 milyon 133 min manat və ya 1.49 faiz artıraraq 144 milyon 715 min manata, biznes kreditlərini 7 milyon 728 min manat və ya 2.10 faiz artıraraq 375 milyon 359 min manata, daşınmaz əmlak kreditlərini isə 5 milyon 748 min manat və ya 4.82 faiz artıraraq 124 miloyn 891 min manata yüksəltməsidir.

Nəticədə "Turan Bank"ın cəmi aktivləri 2023-cü ilin sonu ilə müqayisədə cari ilin ikinci rübündə 48 milyon 999 min manat artaraq 871 milyon 772 min manata yüksəlib.