USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ziraat Bankın mənfəəti açıqlanıb

06.08.2024 Sərfəli Banklar
0 0
Ziraat Bankının ikinci rübdə xalis mənfəəti 13,24 milyard TL oldu.

T.C.Ziraat Bankası AŞ 2024-cü ilin ikinci rübündə xalis mənfəətini 13,24 milyard TL olaraq açıqladı.

Ziraat Bankının maliyyə hesabatlarına görə, bankın ötən ilin ikinci rübündə 19 milyard 195 milyon 316 min TL olan konsolidasiya olunmamış xalis mənfəəti bu ilin eyni dövründə 13 milyard 243 milyon 866 min TL-yə enib.

Sözügedən dövrdə faiz gəlirləri 192,7% artaraq 73,65 milyard TLdən 215,6 milyard TL-yə yüksəlib.

İlin ilk 6 ayında xalis mənfəət 25 milyard 741 milyon 549 min lirədən 30 milyard 639 min 737 lirəyə yüksəldi.