USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya

09.09.2024 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə, müştərilər üçün daha sərfəli, yeni kampaniyaya başlayır.

Cari ilin 09 sentyabr tarixindən start götürən kampaniya ərzində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.

Eləcədə müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 13% həcmində olmaqla əldə edə biləcəklər. Qeyd edək ki, iki ilədək olan müddətə götürülən kreditlər üzrə komissiya 0%-dir.

36 və 48 ayadək olan kreditlər Bank tərəfindən illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% səviyyəsində rəsmiləşdiriləcəkdir.

Hər bir şəxsin, ortaaylıq rəsmi gəlirindən asılı olaraq, zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manat, zaminsiz - 35 000 manatdır.

Azər Türk Bankın internet səhifəsində krediti asanlıqla online sifariş vermək mümkündür.

Kampaniya 30 sentyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

  • Əvvəlki

    Mərkəzi Bank “Yaşıl layihə”lərlə bağlı qanunvericilik bazası formalaşdırır

Digər xəbərlər