USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Sərbəst” ilə əmanətini istədiyin kimi idarə et

15.10.2024 Sərfəli Banklar
0 0
Sərbəst geyim üslubu, sərbəst iş qrafiki, bir sözlə, sərbəstliyi həyat tərzinə çevirənlər üçün Yelo Bank möhtəşəm məhsul təqdim edir. “Yelo Sərbəst” əmanət məhsulu sayəsində şəxsi vəsaitini istədiyin kimi idarə edə bilərsən. İllik 8%-dək parlaq gəlir qazanmaqla yanaşı, səni aşağıdakı üstünlüklər də gözləyir:

  • İstənilən vaxt əmanətdəki vəsaiti məxaric edə və ya artıra bilərsən. Daha çox vəsait, daha yüksək faiz deməkdir!
  • Kapitalizasiya funksiyası sayəsində hər ay əmanətdən qazanılan faizlər əsas vəsaitə əlavə edilir, yəni əmanət faizlərindən də faiz qazanırsan.

  • Əmanət faizlərini aylıq olaraq Bank tərəfindən hədiyyə edilən Yelo Light kartı vasitəsilə əldə edə bilərsən. Yelo Light-ın üstünlükləri də öz yerində!

  • “Yelo Sərbəst”i Yelo App vasitəsilə ilə idarə etmək mükəmməl rahatlıq təmin edir. Yelo App-də əmanət vəsaitini cari hesabların və tətbiqdəki həm Yelo, həm də digər banka məxsus kartların vasitəsilə artıra bilərsən. Təcili ehtiyacların yaranarsa, əmanətdəki vəsaitini Yelo kartına köçürməklə istifadə edə bilərsən.
  • Əmanətdən qismən məxaric edilmiş vəsaitə görə və ya əmanəti bağladığın halda heç bir cərimə ödəmirsən və faiz itkisi yaşamırsan. Hesablanan faizləri tam şəkildə əldə edirsən.

Qeyd edək ki, “Yelo Sərbəst” üzrə AZN və USD valyutalarında əmanət yerləşdirmək mümkündür. Əmanət faizləri aylıq olaraq ödənilir, 36 aylıq yerləşdirilir. Əlindəki vəsaiti yüksək dəyərləndirmək və istədiyin zaman istifadə edə bilmək üçün “Yelo Sərbəst” tam sənə görədir: https://bit.ly/4881pMP

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/deposits/yelo-serbest/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    Kolleclərə direktor müavinləri təyin olunub

Digər xəbərlər