USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu

19.12.2024 Sərfəli Banklar
0 0
Yelo Bank, sosial məsuliyyət strategiyası çərçivəsində iqtisadiyyatımızın dayanıqlılığı və ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verən layihələri dəstəkləməyi prioritet hesab edir. Bu istiqamətdə atılan növbəti addım UNEC-də keçirilən “Müasir dövrün trendləri: Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” mövzusunda İqtisadiyyat və Sosial Elmlər Sahəsində Tədqiqatçıların I Beynəlxalq Konfransına dəstəyi oldu.

Tədbirdə yerli və beynəlxalq tədqiqatçılar yaşıl iqtisadiyyat, dayanıqlı enerji və ekoloji məsuliyyət kimi mühüm mövzuları müzakirə etdilər. Afrika, Avropa, ABŞ və digər ölkələrdən qatılan iştirakçılar konfransa müxtəlif məqalələr təqdim edərək, qlobal problemlərin həlli ilə bağlı bilik və təcrübələrini bölüşdülər.

Bu cür təşəbbüsləri dəstəkləyərək, Yelo Bank Azərbaycanın intellektual və ekoloji inkişafına töhfə verməyə davam edir və gələcək nəsillər üçün daha yaşıl və dayanıqlı bir gələcəyin qurulmasına xidmət edir.

Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    “Kapital Bank” “Birbank”ın kart əməliyyatları bazarında 50% üzərində paya sahibdir

Digər xəbərlər

29.11.2024 Sərfəli Banklar
Yelo kartın dekabr üçün cashback fürsətləri!
0 0
28.11.2024 Sərfəli Banklar
Yelo Bank ilk yerli PR Forumuna dəstək oldu!
0 0