USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TuranBank”da yeni təyinat olub

06.03.2025 Sərfəli Banklar
0 0
“TuranBank” ASC-də İnformasiya Texnologiyaları departamentinə yeni direktor təyin edilib.

Kommersant.az-ın məlumatına görə, Babazadə Ziya Bəhruz oğlu “TuranBank”ın İnformasiya Texnologiyaları departamentinə direktor təyin edilib.

O, 2023-cü ilin noyabrından bu təyinata qədər “TuranBank”da İnformasiya Texnologiyaları departamentinin direktor müavini olub, sistem və şəbəkə idarəetməsi şöbəsinin müdiri, ümumi texniki dəstək şöbəsinin müdiri, ümumi texniki təminat şöbəsinin baş mütəxəssisi kimi vəzifələrdə çalışıb.

Babazadə Ziya Azərbaycan Memarlıq və İnşaat Universitetində 2010-2014-cü illərdə bakalavr təhsili alıb.