USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank ödəniş terminallarının alışı ilə bağlı tender elan edir!

01.04.2025 Sərfəli Banklar
0 0
“Yelo Bank” ASC maraqlanan təşkilatları tenderdə iştiraka dəvət edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

“Yelo Bank” ASC maraqlanan təşkilatları tenderdə iştiraka dəvət edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

  • Tender təklifləri 17 aprel 2025-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.

Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı fayllara keçid edərək tanış ola bilərsiniz: bit.ly/4bX3uwI

Yelo Bank-dan pulsuz kart sifarisi ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!