USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TuranBank-ın Müşahidə Şurasının sədri Rauf Kazımov ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib

08.04.2025 Sərfəli Banklar
0 0
Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35-ci ilini qeyd edir. TuranBank ASC-nin Müşahidə Şurasının sədri Rauf Kazımov Azərbaycan Banklar Assosiasiyasını yubileyi münasibəti ilə təbrik edib.

“Ölkəmizdə bank sektorunun inkişafı, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən və bu sahələrdə bir sıra innovativ layihələri həyata keçirən Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illik yubileyini qeyd edir. Bu münasibətlə Assosiasiyanın rəhbərliyini və bütün əməkdaşlarını şəxsən və TuranBank kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.

Bu 35 illik dövr ərzində, ABA özünün güclü liderliyi, strateji yanaşmaları və innovativ təşəbbüsləri ilə bank sektorunun inkişafında önəmli bir rol oynayıb. Assosiasiya, bankçılıq və bank sektorunun müxtəlif sahələrində həyata keçirdiyi layihələrlə yalnız yerli deyil, həm də beynəlxalq arenada nüfuz qazandığı bir mövqeyə yüksəlib. Bu uğurlar, təbii ki, ABA-nın rəhbərliyinin və peşəkar komandasının birgə səylərinin nəticəsidir.

Böyük əminlik hissilə qeyd edirik ki, ABA-nın 35 illik fəaliyyəti, bank sektorumuzun daha da müasirləşməsi və güclənməsi istiqamətində önəmli bir təcrübə bazası yaradıb. Hazırda da ABA bankçılıq sektorunun tərəqqisi və maliyyə bazarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində əvəzsiz rol oynayaraq, üzv təşkilatları arasında əməkdaşlığın möhkəmlənməsinə və sektorun inkişafına böyük dəstək göstərir.

Bu əlamətdar yubiley münasibətilə Azərbaycan Banklar Assosiyasiyasının rəhbərliyini və bütün əməkdaşlarını bir daha təbrik edir, inanırıq ki, ABA bundan sonra da Azərbaycanın bank sektorunun beynəlxalq səviyyədə daha böyük mövqeyə sahib olmasına töhfə verəcək.” - deyə TuranBank ASC-nin Müşahidə Şurasının sədri Rauf Kazımov təbrikində qeyd edib.

  • Əvvəlki

    Yandex Maps-dən yük maşınları üçün xüsusi naviqasiya funksiyası

Digər xəbərlər