USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank 2025-ci ilin birinci rübünü uğurla başa vurdu

15.04.2025 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bankın 01 aprel 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%-dək artaraq, 1,95 milyard manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 806,4 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 20% çoxdur.

Cəmi bank öhdəliklərinin həcmi 35% artımla 1,9 milyard manat səviyyəsindədir.

Bankın depozit portfeli, 1,4 milyard manat təşkil etmişdir.

Cari ilin birinci rübü ərzində Bankın gəlirləri 41 milyon manat, xərcləri 36,9 milyon manat olmuşdur.

2025-ci ilin ilk üç ayında Azər Türk Bank 4 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.

Bankın məcmu kapitalının həcmi 20% artaraq, 103,5 milyon manat olmuşdur.

Əhali tərəfindən Banka 204 milyon manat məbləğində əmanət qoyulmuşdur.

Azər Türk Bankın nizamnamə kapitalı 79 milyon manat təşkil edir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.