USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank 2024-cü ildəki fəaliyyətinə görə mükafatlandırıldı

17.04.2025 Sərfəli Banklar
0 0
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və Yelo Bank 3 nominasiyada mükafatlandırılıb.

Yelo Bank 2024-cü il ərzindəki fəaliyyətinə görə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyalarında mükafata layiq görülüb.

Qeyd edək ki, Bank ötən il ərzində sözügedən istiqamətlər üzrə bir çox layihəyə imza atıb. Korporativ sosial məsuliyyət, təhsilə dəstək və dayanıqlı inkişaf sahələrindəki fəaliyyətləri, Yelo Bank-ın strateji prioritetlərinin mərkəzində yer alır. Bank gələcəkdə də bu və bir sıra istiqamətlər üzrə həm müştərilərinə, həm də cəmiyyətə faydalı layihələri reallaşdırmağa davam edəcək.

Yelo Bank-dan online kredit ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!