USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Amrahbank”dan təhsil işçilərinə - HƏDİYYƏ

03.10.2018 Sərfəli Banklar
0 0
"Amrahbank" qarşıdan gələn 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təhsil ocaqlarında çalışanlara bankın bütün istehlak kreditləri üzrə 0% komissiya təklif edir.

Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, kreditlər üzrə illik faiz dərəcəsi 20%-ə qədər endirilib, ödəniş vaxtı isə 48 ayadək uzadılıb. Bildirilir ki, maksimal məbləğ də 50 manatadək artırılıb.

2 oktyabr - 10 oktyabr tarixlərində təhsil işçiləri “Amrahbank”ın istənilən filialına yaxınlaşmaqla bu sərfəli şərtlərdən yararlana bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında (www.amrahbank.az) və ya 987 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.