USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstirahət günləri xaricdən gələn pulu hansı bankdan çıxara bilərsiniz?

04.10.2018 Sərfəli Banklar
0 0
Müştərilərinin vaxtına və rahatlığına daim önəm verən "Bank Respublika" xaricdə yaşayan qohum və yaxınlara pul vəsaitlərini daha sürətli göndərmək üçün (və ya qəbul etmək üçün) dünya üzrə və MDB məkanında çalışan ən aparıcı pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.

Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, Western Union, Zolotaya Korona, Contact, Blizko, Forsaj və UPT sistemləri vasitəsilə dünyanın istənilən nöqtəsinə qısa müddət ərzində pul vəsaitlərini köçürmək və ya qəbul etmək mümkündür.

Bundan əlavə, MilliÖn və e-Manat terminallarının geniş şəbəkəsi vasitəsilə "Bank Respublika"nın "Vektor" pulköçürmə sistemi Bakı və bölgələr üzrə 20 şəhərə sutka ərzində istənilən vaxt pul vəsaitlərini təcili köçürmək imkanı verir.

Göndərilən məbləği isə" Bank Respublika"nın istənilən filialından almaq mümkündür. Təcili pulköçürmə xidmətləri "Bank Respublika"nın bütün filialları tərəfindən göstərilir. Həmçinin müştərilərin rahatlığı üçün Bakıda yerləşən Ofis24 şöbəsi həftənin bütün günləri 24 saat təcili pul köçürmələri də daxil olmaqla əhaliyə xidmət göstərir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytından, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.