USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən sərfəli kredit verən bank hansıdır?

26.10.2018 Sərfəli Banklar
0 0
Azərbaycanda 30 bank fəaliyyət göstərir. Bu bankların əksəriyyəti istehlak krediti verir. Belə olduqda banklar kredit faizlərində endirim və ya kampaniya edərək müştəri cəlb etməyə çalışır.

“Kommersant.az” Azərbaycanda fəaliyyət göstərən 30 bank arasında araşdırma apararaq ən sərfəli kredit şərtlərini öyrənib. Məlum olub ki, ipoteka kreditini ən sərfəli şəkildə təqdim edən banklardan biri də “Amrah Bank” dır. Belə ki, sözügedən bank 10 min manatdək olan krediti 36 ayadək təqdim edir. Bank, illik faiz dərəcəsi 20% -dən başlayan krediti sərbəst qrafiklə təqdim edir.

Bundan başqabiznes kreditlərini də ən sərfəli şərtlərlə təklif edən bank “Amrah Bank”dır. Belə ki, 1 milyon manatadək biznes krediti verən bank 20 min manatdək olan biznes kreditini girovsuz təqdim edir. Hətta 48 ayadək rəsmiləşdirilən kreditə 12 aylıq güzəşt müddəti də təqdim olunur. Ən əsası isə biznes kreditlərinin illik faiz dərəcəsinin 18% -dən başlaması “Amrah Bank” ın sahibkarlara dəstəyi kimi qiymətləndirilir. Belə ki, bankdan götürülən biznes kreditini müştəri vaxtından əvvəl bağlayarsa, heç bir faiz ödənilmir.

Qeyd edək ki, sözügedən kreditləri ZAMİNSİZ də əldə edə bilərsiniz. Bunun üçün müştərinin kredit tarixçəsinə baxmaq kifayət edir.

  • Əvvəlki

    Ventilyasiya köşklərinin hazırlanması və quraşdırılması - TENDER ELANI

Digər xəbərlər