USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurub - HESABAT

31.10.2018 Sərfəli Banklar
0 0
Dövlət bankı olan Azər Türk Bank cari ilin 3-cü rübünə olan maliyyə hesabatını açıqlayıb.

Bankın mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, Azər Türk Bankın 30 sentyabr 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dək artaraq 316,8 milyon manat , kredit portfelinin həcmi 40% yüksələrək 163,4 milyon manat təşkil edib.

Eyni dövrlə müqayisədə Bankın gəlirləri 20%-ə yaxın artaraq 20,4 milyon səviyyəsində olub.

Üçüncü rübün sonuna Bank 119,9 min manat həcmində xalis mənfəət əldə edib.

Məcmu kapitalın həcmi 52,4 milyon manat olub. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 26,2%, təşkil edir ki, bu da müəyyən edilmiş normadan təqribən üç dəfəyə yaxın çoxdur.

Bank, 144 milyon manat həcmində depozit cəlb edib ki, bunun da 55,1 milyon manatı əhalinin əmanətləridir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın müştərilərinin sayı iki dəfədən çox artaraq 42 min 86 nəfərə çatıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.