USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən sərfəli ipoteka krediti - 150 min manatadək kredit

13.11.2018 Sərfəli Banklar
0 0
25 il müddətinədək ipoteka krediti ilə ev almaq daha asan və rahat görünür.

"Kommersant.az" xəbər verir ki, ipoteka bazarında böyük rəqabət var və bu da bazarda olan şərtləri daha da sadələşdirməyə imkan yaradır. Belə ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 30 bankın iştirakı ilə (ipoteka krediti verməyən banklar xaric) bazarda daşınmaz əmlakın bazar qiymətinə verilən ilkin ödəniş faizi artır.

ADİ VƏ GÜZƏŞTLİ İPOTEKA KREDİTİNİN ŞƏRTLƏRİ...

150 min manatdək ipoteka kreditini illik 7% -lə və maksimum 25 il müddətinə tədim etmək hazırda ən sərfəli şərtlərdən biridir. Bu şərtlərlə ipoteka krediti verən "Bank VTB (Azərbaycan)" borcalanın həyatını və əmək qabiliyyəti sığortalayır. Bundan başqa kreditin həcmindən az olmamaq şərti ilə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak sığortalayan "Bank VTB (Azərbaycan)" ödənişi annuitet qaydada (bərabər ödənişlər) tələb edir.

Sözügedən kredit şərtləri ilə bağlı suallar üçün (+994 12) 986 qısa nömrəsinə zəng edə və ya (+994 55) 214 09 86 "whatsapp" xəttinə yazmaq lazımdır.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" dövlət İpoteka Fondunun müvəkkil banklar siyahısına daxildir.