"Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib”.
"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevlə bu gün keçirilən videokonfransda deyib.
Nazir qeyd edib ki, Prezidentin iki tapşırığına uyğun olaraq, bütün işlər planlaşdırılıb həyata keçirilir:
"İlk növbədə, bunlar mövcud olan iqtisadi strukturu, məşğulluğu qorumaq və yeni şəraitdə fəaliyyəti təmin etmək. Operativ məlumata olaraq diqqətinizə məruzə etmək istəyərdim ki, pandemiyadan zərər çəkmiş müəssisələrə, o cümlədən fərdi mikrosahibkarlara dövlətin maliyyə dəstəyi çatdırılması siyasəti uğurla gedir. Proses onlayn keçirilir. İzahedici videorolik, "Qaynar xətt" fəaliyyət göstərir".