USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq daşımaçılıq şirkəti cərimələnib

24.07.2019 Sosial
1 0
Maliyyə Bazarlarına Nəzarət Palatası “Yom Azərbaycan” MMC -ni cərimələyib.

"Kommersant.az" xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şirkətin 180.2 ABŞ dolları məbləğində cərimələnməsi barədə Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Yom Azərbaycan” beynəlxalq daşımaçılıq, anbar əməliyyatları, çatdırılma, əlavə dəyər xidmətləri, gömrük rəsmiləşdirilməsi, sürətli poçt və digər ximətlər göstərən şirkətdir.