USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Abşeronda istehlaka yararsız 108 min yumurta məhv edilib

26.07.2019 Sosial
0 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

"Kommersant.az" xəbər verir ki, monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.

Baxış keçirilərkən 108000 ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.