Direktorların işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı açıqlanıb.
"Kommersant.az" xəbər verir ki, direktorların işə qəbulu üzrə müsabiqəyə 472 vakant yer çıxarılıb.
Qeyd edək ki, avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.