Bu gün saat 12:00-dan 15:00-dək Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.
"Kommersant.az" xəbər verir ki, bu, ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır. Saat 14.00-dan işlər başa çatanadək Beyləqanın ümumi abonent sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq.
Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.