USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir şagirdlərin yerdəyişməsi haqqında əmr imzaladı

14.08.2019 Sosial
0 1
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır.

"Kommersant.az" xəbər verir ki, avqustun 15-dən "Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” istifadəyə veriləcək.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov "Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb. Əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.