Daxili İşlər Nazirliyindən (DİN) "Kommersant.az"a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus "Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.
Nazirlik nəqliyyat vasitəsi sahiblərini və sürücülərə müraciət edib: "Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar”.