USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat - FOTO

26.08.2019 Sosial
0 0
Bakıdakı restoranlardan birində təklif olunan yeməklərin qiyməti "dodaq uçuqladır”.

BakuPost xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar & Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.

Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qramı verilir.

"OroNero Bar & Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və şərab növləri təqdim edir.

Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.