Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ondan 1 ov tüfəngi, 18 ədəd patron və 12 cürə quşu götürülüb. Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.
Qeyd edək ki, faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub. O, 1066 manat məbləğində cərimə edilib.