"Akademiyada saat 12-ə qədər oluram. Sonra gəlirəm emalatxanaya, bütün günü burda çalışıram. Ancaq deyəsən, bu yaxında rektorluqdan çıxacam".
"Kommersant.az" xəbər verir ki, bunu xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov APA-ya müsahibəsində deyib.
Xalq rəssamı bildirib ki, daha rektor işləmək istəmir.
"Daha rektor işləmək istəmirəm. Artıq bu barədə lazımı yerlərə məlumat vermişəm. Gözlərim görmür, eynəklə də görmür. Hər gün on-on beş sənədə qol çəkirəm, vəssalam. Çətindi. Yəqin namizəd tapılar, heç olmasa, məndən 20 yaş cavan olsun. Vəzifədə işləmək üçün yetmiş yaş artıq maksimumdur. Avropada adamlar yetmiş yaşı olanda daha vəzifədə qalmırlar, sağollaşıb gedirlər. Mən də artıq rektorluqdan çıxsam yaxşıdır. Onda yarımçıq olan bu işlərimi bitirməyə vaxtım da qalar. Bilmirəm bundan sonra nə qədər ömrüm qalıb; iki il, üç il... Onun üçün də çalışıram yarımçıq işlərimi yekunlaşdırım".