"Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan İlahiyyat İnstitutu üçün bina ayrılıb”.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun binası 4 mərtəbəlidir: "Hazırda həmin binada təmir işləri gedir. Bizdən asılı olmayan texniki və digər işlər var ki, müvafiq şirkət bu işləri həyata keçirir. Bu il olmasa da, inanırıq ki, bina növbəti tədris ilinə qədər hazır olar”. (APA)