"Libraff” kitab mağazalar şəbəkəsinə yeni direktor təyin edilən Cəlalə Nəzəroğlu Azərbaycanda ən çox satılan kitabların siyahısını qeyd edib.
"Kommersant.az" xəbər verir ki, Cəlalə Nəzəroğlunun sözlərinə görə, hazırda ən çox alınan kitablar psixologiya, biznes və peşəyönümlü kitablardır.
Klassiklərin də əsərləri ilk TOP onluqda yer alır. Misal olarq Cek Londonun "Martin İden” və Süleyman Sani Axundovun "Qaraca qız” əsəri də ilk 10 luqda yer alır.
Diksiya Akdemiyasının təsisçisi və direktoru olan Cəlalə Nəzəroğlu indi akademiyanın direktorluq vəzifəsini Aytən Tahirovaya həvalə etdiyini bildirib.
"Təlimlərimə həftəsonları davam edəcəm. Diksiya təlimlərimi verməyə davam edəcəm. Azərbaycan dili ilə bağlı fəaliyyətim də öz yerində qalacaq. Dilimizin qorunması ilə bağlı layihələrimi davam etdirirəm. Asan Radiodan isə rəsmi olaraq keçən ilin sentyabr ayında ayrılmışdım. Amma ana dili layihəmiz davam edirdi. Hələki layihə tətil müddətindədir – deyə Cəlalə Nəzəroğlu bildirib.
Cəlalə Nəzəroğlunun sözlərinə gröə, Libraff biznes layihəsi olmaqla yanaşı həm də sosial layihədir.
"Biz müştərilərin rəylərini təkliflərini və iradlarını nəzərə almağa çalışacayıq. Azərbaycan dilində olmayan kitabların tərcümə olunmasına çalışacayıq. Ümumilikdə Libraff kitab mağazalarında 27 min çeşiddən çox kitab var.” – deyə kitab mağazalar şəbəkəsinin yeni direktoru bildirib.
Cəlalə Nəzəroğlunun sözlərinə görə, Libraff mağazalarının sayına görə, çox əlçatandır. İnqilis, Rus , Türk dillərində olan elə kitablar var ki, məhz Libraff da satılır. Xüsusən də rus dilli təbəqənin ən çox müraciət etdiyi yer Libraff şəbəkəsi olduğu bildirildi. Həmçinin adı çəkilən kitab mağazasının müştərilərinin əksər hissəsini də elə rus dilli əhali olduğu bildirildi.
Ən çox satılan kitablar barədə isə aşağıdakı siyahıdan tanış olmaq olar