Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda güclü külək olacağı haqda xəbərdarlıq yayıb.
"Kommersant.az" xəbər verir ki, məlumatda sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyinin gözləndiyi bilirilib.
Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.
Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar.
Güclü külək nəticəsində iri gövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar.