"Bugünə qədər ASAN xidmət mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub. Azərbaycan əhalisinin sayı 10 milyondur. "ASAN xidmət"ə edilən müraciətlərin sayının 33 milyon olması göstərir ki, vətəndaşlar dəfələrlə müraciət ediblər".
"Kommersant.az" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib.
Ü.Mehdiyev qeyd edib ki, vətəndaşlar təqdim edilən 320-dən artıq xidmətdən istifadə ediblər: "ASAN xidmət" mərkəzlərində vətəndaşlara təqdim edilənlər xidmətlərdən mənnunluq səviyyəsi 98-99 faiz aralığındadır".