Bu il Azərbaycanda 138 ixtira və faydalı modelə patent verilib.
"Kommersant.az" xəbər verir ki, Əqli Mülkiyyət Agentliyindən verilən məlumata görə, 2019-cu il ərzində quruma 118 ixtira və 33 faydalı model üzrə (iddia sənədləri) müraciətlər daxil olub.
Həmin müraciətlərin 138-nə müsbət, 4-nə isə imtina cavabı verilib.
Qeyd olunub ki, 57 müraciət kimya üzrə, 54 müraciət qurğu-mexanika üzrə, 4 müraciət kulinariya, 3 müraciət isə şirə və spirtli içkilər üzrə olub. (Report.Az)